"Qarabağ"ın rəqibi Almaniyadan futbolçu gətirdi

22:10 - 16 Sentyabr 2022

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos" növbəti transferini həyata keçirib.

 

Sportal.az xəbər verir ki, Yunanıstan klubu "Hoffenhaym"dan Dyadye Samassekunu heyətinə cəlb edib. Bu barədə Pirey təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

"Olimpiakos" 26 yaşlı yarımmüdafiəçini 2022/2023 mövsümünün sonuna kimi Almaniya klubunundan icarəyə götürüb.

 

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la ilik oyunu 6 oktyabr tarixində səfərdə keçirəcək. Komandalar arasında ikinci görüş isə bir həftə sonra Bakıda baş tutacaq.

Xəbər xətti