Avropa Liqasında qrup mərhələsinin ikinci turunun ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Sportal.az xəbər verir ki, "Frayburq"un hücumçusu Mixael Qreqoriç səsvermədə qabaqlayıb.
Avstriyalı hücumçu "Olimpiakos"la görüşdə dubl etmişdi.
Matç isə "Frayburq"un 3:0 hesablı qələbəsi ilə başa çatmışdı.
