Millimizin üzvü oynamadı, komandası uduzdu

10:09 - 17 Sentyabr 2022

Almaniya üçüncü Bundesliqasında 9-cu turun matçları start götürüb.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi  Dmitri Nazarovun formasını geyindiyi “Erzgebirge Aue” "Münhen 1860" klubunun qonağı olub.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvünə bu görüşdə ehtiyac olmayıb. Nazarov sona qədər ehtiyatda qalıb.

"Erzgebirge Aue" çempionatda 3 xalla sonuncudu.

Xəbər xətti