Kökçü oynadı, komandası bərabərə qaldı

13:18 - 17 Sentyabr 2022

Niderland 1-ci divizionunda 7-ci turun matçları keçirilir.

Sportal.az xəbər verir ki, milli komandamıza dəvət edilən Ozancan Kökçünün formasını geyindiyi "Eyndhoven" "Roda" ilə üz-üzə gəlib.

Görüş 3:3 hesabı ilə yekunlaşıb. Meydana start heyətində daxil olan Kökçü 63-cü dəqiqədə penaltidən fərqlənib. 80-cı dəqiqədə isə hesab 3:1 olarkən əvəzlənib.

"Eyndhoven" hazırda 18 xalla 2-ci pillədədi.

Xəbər xətti