Azərbaycanın U-17, U-19 və U-21 yığmamızın sabiq üzvü Metin Güler Türkiyədə klubunu dəyişib.
Sportal.az xəbər verir ki, son dəfə “Darıca Gənclərbirliyi”ndə oynamış Güler ikinci liqada yarışan “Amedspor”la anlaşıb.
O, Diyarbakır təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Lakin yığmamızın üzvü bu komandada qalmayıb. O, eyni liqada yarışan “Pazarspor”a bir illik icarəyə verilib.
Mirbağırağa

