"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsində rəqiblərindən olan "Nant" futbolçusunu icarəyə göndərib.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Bric Ndilu "Şole"də oynayacaq.
Klublar arasında razılığa əsasən 22 yaşlı hücumçu mövsümün sonuna qədər adıçəkilən komandada çıxış edəcək.
“Qarabağ” qrup mərhələsinin ikinci turunda Bakıda “Nant”ı 3:0 hesabı ilə məğlub edib.
