“Latsio” klub olaraq maraqlı addım atıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Avropa Liqasının ikinci turunun “Mityulland”la səfər qarşılaşmasında iştirak edən azarkeşlərin bilet pulunu özlərinə qaytaracaq.
Cümə axşamı Danimarkada keçirilən görüşdə romalılar ev sahibinə 1:5 uduzub.
“Latsio”nu dəstəkləmək üçün İtaliyadan Danimarkaya 225 azarkeş yollanıb. Uğursuz nəticəyə görə azarkeşlər qarşısında üzrxahlıq etmək istəyən klub çıxış yolunu onların bilet pulunu özlərinə qaytarmaqda tapıb.
Xatırladaq ki, İtaliya klubu tarixində dördüncü dəfə avrokuboklarda 5 qol buraxıb.
