PSJ Serxio Ramosla müqavilə müddətini uzadacaq.
Sportal.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu artıq ispaniyalı ilə yeni müqavilə haqda danışıb.
Klubun idman direktoru Luis Kampos məsələ haqda bu cür danışıb:
"Serxio Ramosun çıxışından razıyam. Əgər o, eyni həvəslə oynamağa davam edərsə...Niyə də olmasın? Ramos Lionel Messi kimi yaxşı mövsüm keçirir. Onunla müqavilə müddətini uzatmaq pis olmazdı".
