“Real”ın hücumçusu Vinisius Junior İspaniya çempionatının 6-cı turunda qarşılaşacaqları “Atletiko” ilə oyun barədə danışıb.
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu Madrid derbisindən gözləntilərini söyləyib:
“Mövsümün əvvəlində göstərdiyimiz bütün səylər sezonun əvvəlində böyük əhəmiyyət kəsb edir. Yaxşı başlanğıcın açarı ən təcrübəli və gənc futbolçuların işbirliyindədir. Bazar gününə hazır olmaq və gözəl matç keçirmək üçün əlimizdən gələni edəcəyik”.
