Avropa çempionatı: İdmançımız qızıl medal qazandı

18:58 - 17 Sentyabr 2022

Vüqar Talıbov Çexiyanın paytaxtı Praqada keçirilən gənclər arasında keçirilən Avropa çempionatında hamıdan güclü olub.

Sportal.az xəbər verir ki, (90 kq) təmsilçimiz finalda İvan Kutenkova (Ukrayna) ipponla qalib gələrək qızıl medal qazanıb.

Buna qədər isə o, Maksims Duinovs (Latviya), İnbar Qabay (İsrail), Tornike Poladişvili (Gürcüstan) və Mizhan Raduljadan (Serbiya) güclü olmuşdu.

Talıbova qədər Vüsal Qələndərzadə (73 kq) və Elcan Hacıyev (81 kq) qızıl, Turan Bayramov (60 kq) gümüş, İsmayıl Zamanov (90 kq) bürünc medal qazanmışdı.

Xəbər xətti