Belqradda (Serbiya) davam edən güləş üzrə dünya çempionatında Hacı Əliyev yarımfinalda məğlub olub.
Sportal.az xəbər verir ki, üçqat dünya çempionu finalın bir addımlığında İrandan olan Rəhman Amozadhaliliyə 2:9 uduzub.
65 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçi sabah bürünc medal uğrunda görüşə çıxacaq.
Hacı Əliyev yarımfinala qədər Aqustin Destribatsa (Argentina) və Abbos Raxmonovu (Özbəkistan) üstələmişdi.
saytlarin hazirlanmasi
