Norveçli forvarddan Premyer Liqada tarixi göstərici

20:14 - 17 Sentyabr 2022

"Mançester Siti"nin forvardı Erlinq Haaland Premyer Liqada yeni rekorda imza atıb.

Sportal.az xəbər verir ki, 22 yaşlı futbolçu çempionatın 8-ci turunun "Vulverhempton"la görüşündə qol vurmaqla tarixə düşüb.

Belə ki, o, ardıcıl 4 səfər görüşündə qol vuran ilk futbolçu kimi rekord vurub.

“Mançester Siti” bu görüşdə 3:0 hesabı ilə qalib gəlib. 

Xəbər xətti