Dünya çempionatı: Güləşçimiz bürünc medal qazandı

22:32 - 17 Sentyabr 2022

Sərbəst güləşçimiz Osman Nurməhəmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında bürünc medalla kifayətlənib.

Sportal.az xəbər verir ki, (92 kq) idmançımız Radoslav Marçinkieviçə (Polşa) 11:0 hesabı ilə qalib gələrək turniri medalla başa vurub.

Bununla da sərbəst güləşçilərimiz dünya çempionatında ilk medalını qazanmış olub.

 

Xəbər xətti