"Bavariya"nın baş məşqçisi: "Belə davam edə bilməz"

23:07 - 17 Sentyabr 2022

"Bavariya"nın baş məşqçisi Yulian Naqelsmann Bundesliqanın 7-ci turunun "Ausburq"la görüşündən sonra yerli mətbuata danışıb.

Sportal.az xəbər verir ki, "Bild" nəşrinə müsahibə verən gənc mütəxəssis Münhen klubunun səfərdəki 0:1 hesablı məğlubiyyəti barədə bunları deyib:

"Belə davam edə bilməz. Tez bir zamanda səhvlərimizi aradan qaldıraraq artırmalıyıq. Hamı işinə məsuliyyətli yanaşmalıdı. Yoxsa, hər şey fərqli olacaq".

Xəbər xətti