Futbol üzrə Xorvatiya çempionatında 10-cu turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" səfərdə "Lokomotiva"nın qonağı olub. Matç Zaqreb təmsilçisinin 2:1 hesablı qələbəsiylə başa çatıb.
Mahir Emreli də bu görüşün iştirakçısı olub. 25 yaşlı forvard 90-cı dəqiqədə meydana daxil olub.
10 turdan sonra 28 xal toplayan "Dinamo" turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi