"Qarabağ"ın rəqibi baş məşqçisini istefaya göndərdi

10:11 - 19 Sentyabr 2022

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Olimpiakos" baş məşqçi Karlos Korberanı istefaya göndərib.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Pirey təmsilçisi uğursuz nəticələrə görə 39 yaşlı mütəxəssislə yollarını ayırıb.

Yunanıstan çempionatının 5-ci turunda "Aris"ə 1:2 uduzduqdan sonra klub rəhbərliyinin səbri tükənib və bu qərarı verib. Hazırda "Olimpiakos" Super Liqada 5-ci pillədədi.

"Qarabağ" və "Olimpiakos" klubları arasında ilk görüş oktyabrın 6-da Yunanıstanda, bir həftə sonra isə Bakıda oynanılacaq.

Xəbər xətti