Rusiya Premyer Liqasında 10-cu turun oyunları baş tutub.
Sportal.az xəbər verir ki, Ayaz Quliyevlə İlya Sadıqovun formasını geyindiyi "Ximki" növbəti görüşünü keçirib.
"Ximki" "Krasnodar"a 1:3 uduzub.
Quliyevin adı iştirak ərizəsinə daxil edilməyib. İlya isə 76-cı dəqiqədə meydana çıxıb.
“Ximki” 10 turdan sonra 8 xalla 13-cü pillədə qərarlaşıb.
