"Benzemanı əvəz etmək mümkün deyil"

14:48 - 19 Sentyabr 2022

"Real"ın vingeri Rodriqo İspaniya Primerosunun 6-cı turunda "Atletiko"ya qarşı keçirilən matçdan sonra danışıb.

Sportal.az xəbər verir ki, "Marca"ya açıqlama verən braziliyalı komandasının 2:1 hesablı qələbəsini şərh edib:

"Derbi həmişə xüsusi matçdı və qalib gəlmək, qol vurmaq imkanı olanda isə... Mən xoşbəxtəm. Düşünürəm ki, həmişə özümə güvənmişəm. Keçən mövsümün sonunda daha çox qol vurmağa başladım, indi də əvvəldən məndə alınır. Eyni ruhda davam etmək istəyərdim. Bilirəm ki, Benzemanı əvəz etmək mümkün deyil, amma çalışıram. Mən yaxşıyam. Mənim üçün bu yeni roldur, yaxşı oynayıram və hər gün daha yaxşı olmaq istəyirəm".

Xəbər xətti