Almaniyanın "Ştutqart" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Bundesliqa təmsilçisi azad agent statusunda olan Dan-Aksel Zaqadunu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Ştutqart" fransalı mərkəz müdafiəçisi ilə 2026-cı ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Dan-Aksel Zaqadu son olaraq "Borussiya"da çıxış edib. 23 yaşlı müdafiəçi Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 92 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
