"Mançester Siti" portuqaliyalını transfer edəcək

10:47 - 20 Sentyabr 2022

"Mançester Siti" heyətini portuqaliyalı ilə gücləndirəcək. 


Sportal.az "Manchester Evening New" portalın istinadən xəbər verir ki, "şəhərlilər" Rafael Leao üçün indidən danışıqlara başlayıb. 


Mançester təmsilçisi mövsüm başa çatan kimi portuqaliyalı forvardı transfer edəcək. Onlar "Milan"ın istədiyi transfer məbləğini də ödəməyə hazırdı.

23 yaşlı futbolçu “Sportinq”, “Lill” klublarında oynadıqdan sonra 2019-cu ildə “Milan”a keçib.

Xəbər xətti