Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Nant"ın qapıçısı Alban Lafon Fransa millisinə dəvət edilib.
Sportal.az Fransa Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, Lafon millinin düşərgəsini tərk edən "Tottenhem"in qolkiperi Huqo Llorisi əvəzləyib. "Nant"ın 23 yaşlı qolkiperi ilk dəfə əsas yığmada çıxış edəcək.
Fransa millisi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 22-də Avstriya, 25-də isə Danimarka ilə üz-üzə gələcək.
