"Qarabağ" iki gün sonra məşqlərini bərpa edəcək

12:12 - 20 Sentyabr 2022

Premyer Liqanın 7-ci turunda "Zirə" ilə görüşdən sonra 3 günlük istirahətə buraxılmış "Qarabağ" sentyabrın 22-də məşqlərini bərpa edəcək.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi hazırlığa milli komandalara dəvət almış futbolçular qatılmayacaqlar.

​Hazırlıq prosesində Luka Quqeşaşvili, Amin Ramazanov, İsmayıl İbrahimli, Qara Qarayev, Kevin Medina, Julio Romao, Leandro Andrade, Kadi Borges, Abdullah Zubir və Kvabena Ovusu iştirak edəcəklər.

Xəbər xətti