Millimiz Qazaxıstana qarşı

12:27 - 20 Sentyabr 2022

Təlim-məşq toplanışı üçün Qazaxıstanın Aktau şəhərinə yollanmış futzal üzrə Azərbaycan millisi yerli yığma ilə növbəti matçını keçirəcək.

Sportal.az xəbər verir ki, matç Bakı vaxtı ilə saat 15:30-da start götürəcək. 

Dünən komandalar arasında baş tutan ilk oyunda qazaxlar 5:3 hesablı qələbə qazanıb.

Yoldaşlıq oyunu

Qazaxıstan – Azərbaycan

20 sentyabr. Aktau, Halyk Arena. Saat 15:30
​Hakimlər: Talqat Kosmukhambetov, Turekhan Tursumbayev, Roman Dzusov

Xəbər xətti