Azərbaycan millisi Şimali Makedoniya ilə qarşılaşacaq

14:13 - 20 Sentyabr 2022

Azərbaycan millisi daha bir yoxlama oyunu keçirəcək.

Sportal.az AFFA-nın saytına istinadən xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi kollektiv Şimali Makedoniya yığması ilə qarşılaşacaq.

Matç noyabrın 20-də Skopye şəhərindəki “Todor Proeski Milli Arena”da olacaq. Görüşün saatı ilə bağlı məlumat veriləcək.
 

Xəbər xətti