"Qarabağ"ın keçmiş futbolçusu Xayme Romero "Kartaxena"ya keçə bilər.
Sportal.az İspaniya mətbuatına istinadən xəbər verir ki, ispaniyalı futbolçu artıq komandanın düşərgəsinə yollanıb.
32 yaşlı futbolçu Ağdam klubundan ayrıldıqdan sonra klubsuz idi.
Romero 2019-2022-ci illərdə "Qarabağ"da oynamışdı.
