"Qarabağ"ın rəqibi sabiq baş məşqçisi ilə anlaşdı

15:33 - 20 Sentyabr 2022

UEFA Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Olimpiakos"un yeni baş məşqçisi bəlli olub.

Sportal.az "gazzeta"ya istinadən xəbər verir ki, Pirey təmsilçisi Miçel Qonsaleslə anlaşıb.

59 yaşlı mütəxəssislə bu gün müqavilə imzalayacağı gözlənilir.

"Real"ın veteran futbolçusu 2013-2015-ci illərdə də "Olimpiakos"u çalışdırıb. 

“Olimpiakos"la "Qarabağ" arasında ilk görüş oktyabrın 6-ı Yunanıstanda, növbəti matçı isə bir həftə sonra Bakıda keçirəcək.

Xəbər xətti