"Formula 1"də 2023-cü il mövsümünün təqvimi açıqlanıb.
Sportal.az xəbər verir ki, Azərbaycan Qran-Prisinin də tarixi dəqiqləşib. Növbəti yarış aprelin 28-30-da keçiriləcək. Bu barədə Beynəlxalq Avtomobil Federasiyasının (FIA) saytı məlumat yayıb.
Qeyd edək ki, Bakı trasındakı son Qran-Pri bu il iyunun 10-12-də keçirilib. Yarışın qalibi "Red Bull"dan Maks Ferstappen olub.
saytlarin hazirlanmasi
