Millətlər Liqası: Ukrayna Şotlandiyaya qarşı

09:58 - 21 Sentyabr 2022

Bu gün UEFA Millətlər Liqasının B Divizionunda Şotlandiya və Ukrayna milliləri arasında I qrupun ilk turundan təxirə salınmış oyun baş tutacaq.

Sportal.az xəbər verir ki, Qlazqoda keçiriləcək matç 22:45-də başlayacaq.

Ukrayna millisi B Divizionunun I qrupunda üç turdan sonra 7 xalla vahid liderdi. Şotlandiya isə 6 xalla 2-ci pillədə qərarlaşıb.

Millətlər Liqası

21 sentyabr

22:45 Şotlandiya - Ukrayna

Xəbər xətti