"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq Qonçalo Ramosu sərəncamında görmək istəyir.
Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın çalışdırıcısı "Benfika"nın hücumçusunu transfer etmək üçün rəhbərliklə danışıb.
İngilislər Ramos üçün 114 milyon avroya ödəmək fikrində deyil. Onlar forvard üçün 60 milyondan artıq pul ödəməyəcək.
“Benfika” yetirməsi olan 21 yaşlı futbolçu 2020-ci ildən əsas komandada çıxış edir.
