CAR millisinin üzvü "Turan Tovuz"a keçidi barədə: "Azərbaycanda asan olmayacaq"

13:02 - 21 Sentyabr 2022

“Turan Tovuz”un müdafiəçisi, Cənubi Afrika Respublikası millisinə dəvət edilmiş Siyanda Xulu yerli mətbuata danışıb.

Sportal.az xəbər verir ki, “tdpelmedia”ya danışan 30 yaşlı futbolçu bunları deyib:

"Bu yaşda CAR-a qayıtmaq istəmirdim. “Hapoel”dən (Tel-Əviv) sonra karyeramı Avropada davam etdirmək niyyətindəydim. Özümə yeni komanda tapdığım üçün xoşbəxtəm. Amma Azərbaycanda da asan olmayacaq. Burada mənim üçün hər şey yenidir - ətraf mühit, liqa və mədəniyyət. Özüm və klubum üçün uğurlu mövsüm gözləyirəm".

Xəbər xətti