"Real"ın futbolçusu millidə fərqli mövqedə çıxış edəcək

13:32 - 21 Sentyabr 2022

Braziliya millisi sentyabrdakı hazırlıq prosesinə itkilərlə davam edəcək. 

Sportal.az "A Bola" nəşrinə istinadən xəbər verir ki, Tite müdafiənin sağ cinahına futbolçu tapmadığına görə, "Real"ın stopperi Eder Militaonu məhz həmin mövqedə oynadacaq.

Yığma komandaya Alisson Bekker, Markinyos, Tyaqo Silva, Aleks Telles, Kazemiro, Paketa, Neymar, Vinisius Junior, Rafinya, Riçarlison, Ederson, Danilo, İbanez, Bremer, Renan Lodi, Fabinyo, Bruno Gimarayeş, Antoni, Kunya, Roberto Firmino və Rodriqo dəvət ediləcək.

Braziliya yığması dünya çempionatına hazırlıq məqsədi ilə Fransada iki yoxlama görüşü oynayacaq. Onlar sentyabrın 23-də Qana, 27-də isə Tunis yığması ilə qarşılaşacaq.

 

Xəbər xətti