Meksika millisinin baş məşqçisi Jerardo Martino dünya çempionatına hansı futbolçuların aparılmayacağını açıqlayıb.
Sportal.az "Associated Press"ə istinadən xəbər verir ki, Martino Karlos Vela və Xavyer Hernandezin DÇ-2022-nin final mərhələsində iştirak etməyəcəyini bildirib.
Meksika mllisinin sentyabrda Peru və Kolumbiyaya qarşı keçirəcəyi görüşlər üçün nə Vela, nə də Xavyerə təklif göndərilib.
