"Neftçi"nin müdafiəçisi oynadı, Gürcüstan B Liqasına yüksəldi

13:40 - 24 Sentyabr 2022

UEFA Millətlər Liqasında qrup mərhələsinin 5-cu turunun oyunları davam edir.


Sportal.az xəbər verir ki, C Liqasının 4-cü qrupunda  "Neftci"nin müdafiəçisi Solomon Kvirkveliyanın formasını geydiyi Gürcüstan millisi doğma meydanda Şimali Makedoniyanı qəbul edib. Matç ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Solomon Kvirkveliya da bu görüşün iştirakçısı olub. 30 yaşlı mərkəz müdafiəçisi qarşılaşmaya start heyətdə başlayıb və 90 dəqiqə meydanda olub.


Xallarını 13-ə çatdıran Gürcüstan yığması qrup liderliyini təmin edib və B Liqasına yüksəlib.

Xəbər xətti