Millimizin Avropa çempionatı üçün heyəti açıqlandı

14:44 - 24 Sentyabr 2022

Gənc taekvondoçulardan ibarət Azərbaycan milli komandası təlim-məşq toplanışına start verib.

Sportal.az xəbər verir ki, Taekvondo Federasiyasının idman zalında təşkil olunan hazırlığa baş məşqçi Məmməd Abdullayev rəhbərlik edir.

Toplanış oktyabrın 3-də başa çatacaq. Ardınca yığma oktyabrın 6-7-da Latviyanın paytaxtı Riqada Olimpiya çəkiləri üzrə keçiriləcək Avropa çempionatına qatılacaq. Gənc taekvondoçular arasında baş tutacaq yarışda ölkəmizin idman şərəfini Xıdır Məmmədov (48 kq), Nihad Məmmədzadə (55 kq), Nizami Hacıyev (63), Vaqif  Hacıyev (73 kq), Zemfira Həsənzadə (44 kq) və Nərgiz Kazımova (49 kq) qoruyacaqlar.

Komanda Riqaya oktyabrın 4-də yollanacaq.

Xəbər xətti