U-21 yığmamız Premyer Liqa klubu ilə bacarmadı

10:18 - 25 Sentyabr 2022

U-21 yığmamız Bakıdakı hazırlıq çərçivəsində yoxlama görüşünə çıxıb.

Sportal.az xəbər verir ki, BOS-da "Şamaxı"ya qarşı keçirilmiş matç yığmamızın 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 

U-21 millimizin qollarına Samir Abdullayev və Camal Cəfərov imza atıb. "Şamaxı"dan isə Adil Nağıyev, Bəhruz Teymurov və İbrahim Aslanlı fərqlənib.

Xatırladaq ki, Samir Əliyevin rəhbərlik etdiyi kollektiv sentyabrın 27-də Moldova ilə qarşılaşacaq.

Xəbər xətti