İspaniya millisinin baş məşqçisi Luis Enrike Millətlər Liqasında İsveçrəyə məğlubiyyətin (1:2) səbəblərindən danışıb.
Sportal.az “Mundo Deportivo”ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis evdəki uğursuzluğu bu cür şərh edib:
“Məğlub olmaq həmişə ağırdı, bu, ayıbdır. İsveçrə fiziki cəhətdən çox güclüdür, öz futbolumuzu oynamağa mane oldular. Birinci hissədə ikinci hissədəki qədər güclü deyildik. Məşqçilik karyeramın ən pis ilk yarısı idi. Bu qədər texniki qüsurlu matç xatırlamıram. Qalib gələndən sonra dünya çempionatına çıxmaq həmişə daha yaxşıdır, amma mən komandaya tam inanıram.
Biz bundan sonra da eyni ruhda işləməyə, bütün aspektlərdə daha yaxşı olmağa çalışacağıq. Komandanın özünəinamını bəyənirəm, bunu fasilədə onlara dedim. Əsas oyun Portuqaliyada keçiriləcək və biz qələbə qazanmağa çalışacağıq”.
saytlarin hazirlanmasi
