Azərbaycan millisi bu gün Millətlər Liqasının C liqasının üçüncü qrupunda son turun oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, yığmamız Qazaxıstanı qəbul edəcək.
Canni De Byazinin bugün keçiriləcək görüşə hansı “onbirlik”lə çıxacağı bəlli olub.
Saytımıza verilən məlumata görə, italiyalı baş məşqçi Slovakiya ilə görüşdəki əsas heyətdə dəyişiklik etməyəcək. Yalnız son matçda sarı vərəqə ilə cəzalandırılaraq cəzalı duruma düşən Riçard Almeyda bu oyunda iştirak etməyəcək.
Böyük ehtimalla braziliyalını “Qarabağ”dakı komanda yoldaşı Filip Ozobiç əvəz edəcək. Millinin Qazaxıstan önünə aşağıdakı əsas heyətlə çıxacağı ehtimal edilir:
Şahruddin Məhəmmədəliyev, Höccət Haqverdi, Bəhlul Mustafazadə, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Filip Ozobiç, Emin Mahmudov, Eddi İsrafilov, Özancan Kökçü, Ramil Şeydayev, Renat Dadaşov
Azərbaycan – Qazaxıstan görüşü bu gün 20:00-da “Dalğa Arena”da keçiriləcək.
saytlarin hazirlanmasi
