"Liverpul" Nabi Keyta ilə müqavilə müddətini uzatmaq istəyir.
Sportal.az "Football Insider" portalına istinadən xəbər verir ki, Mersisayd klubu Keyta ilə danışıqlara başlayıb.
Yarımmüdafiəçi 2018-ci ildə 53 milyon funt-sterlinq qarşılığında "Leyptsiq"dən "Liverpul"a keçmişdi.
O, ötən mövsüm Premyer Liqada 23 oyuna çıxıb.
