Moldova millisinin baş məşqçisi Sergey Kleşenko Millətlər Liqasının C3 qrupunda Qazaxıstan yığmasının qələbəsini şərh edərkən, bu komandanın Azərbaycanla Astanada keçirdikləri ilk oyununa (2:0) toxunub.
Sportal.az xəbər verir ki, Moldova Futbol Federasiyasının rəsmi saytına danışan Kleşenko bunları deyib:
"Qazaxıstanın yerində olmamağımız heç bir qıcıq doğurmur. Sadəcə "dostların" dediklərini xatırlamaq mənim üçün həmişə xoşagəlməzdi. Onlar bildirirdi ki, biz Qazaxıstanın “ölü” heyətinə də qalib gələ bilmədik. Halbuki biz qazaxları bir oyunda məğlub etdik. Sadəcə olaraq, iki görüşün ümumi hesabına görə irəliləyən tərəf onlar oldu. Amma həmin Qazaxıstanın “ölü” heyəti Slovakiya və Azərbaycanın “ölü” komandalarını üstələyərək qrupda birinci yeri tutdu. Biz də hamı üçün “ölü” olacağıq, lakin eyni zamanda, yavaş-yavaş güclənəcəyik, qalib gələrək irəli gedəcəyik".
Qeyd edək ki, Moldova yığması Millətlər Liqasının C divizionunda oynamağa yaxın olsa da, onlar Qazaxıstanla pley-off görüşlərində məğlub olaraq D divizionunda oynamağa məcbur oldu.
Mirbağırağa
