İsveçrə millisinin baş məşqçisi Murat Yakın Millətlər Liqasında İspaniya üzərində qazanılan qələbəni (2:1) şərh edib.
Sportal.az xəbər verir ki, UEFA-nın rəsmi saytına danışan isveçrəli mütəxəssis Portuqaliya ilə görüşdə qazanılan qələbəni də xatırlayıb:
"Yaxşı təşkilatlanmışdıq, vurduğumuz qollar mükəmməl anlarda gəldi. Əvvəlki oyunlarda səhvlərimizdən çox şey öyrəndik. İspaniyaya qarşı daha yaxşı başlayırıq və bu, son nəticədə bizə çox kömək etdi. Futbolçularımı Portuqaliya və İspaniya üzərində qazanılan qələbələr üçün təbrik edirəm. Bu komandaları məğlub etdiyimizə görə xoşbəxtik. Səhvlərimizdən dərs alaraq böyük rəqibləri məğlub etmək vacibdir. Təəssüf ki, Akanji cəza səbəbindən növbəti oyunu buraxacaq. Onu əvəz etmək üçün bir yol tapmalıyıq, amma indi növbəti oyuna hazırlaşmağın vaxtıdır".
