Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo Millətlər Liqasının Çexiya ilə matçından sonra sosial şəbəkədə paylaşım edib.
Sportal.az xəbər verir ki, tanınmış forvard görüşlə bağlı bunları yazıb: “Möhtəşəm oyun, komandanın vacib qələbəsi! Diqqətimizi əvvəlki kimi hədəfimizə yönəltmişik! Fantastik dəstəyə görə portuqaliyalı azarkeşlərə təşəkkür edirəm”.
Xatırladaq ki, Portuqaliya millimizi Çexiyaya səfərdə 4:0 qalib gəlib.
saytlarin hazirlanmasi
