Azərbaycanın stolüstü tennisçisi Yağmur Məmmədli Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “wtt youth contender Tbilisi ” turnirində əsas mükafata layiq görülüb.
Sportal.az xəbər verir ki, 11 yaşadək tennisçilərin turnirində Yağmuru dayandıran tapılmayıb.
15 yaşadək idmançıların turnirində isə Mərziyyə Nurmətova finala qədər irəliləyib. O, final oyununu keçirəcək.
Aylin Əsgərova, Adil Əhmədzadə və Onur Quluzadə 3-cü yeri tutub.
