Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyev Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlaşan millinin üzvləri ilə görüşüb.
Sportal.az xəbər verir ki, məşqçilər heyəti rəhbərliyə idmançıların hazırlıq prosesi ilə bağlı görülən işlər barədə məlumat verib.
Federasiya prezidenti cüdoçulara uğurlar arzulayıb və ölkəni layiqincə təmsil edəcəklərinə inandığını bildirib.
Dünya çempionatı 6-12 oktyabrda baş tutacaq.
