"Qarabağ"da çalışmış mütəxəssis Türkiyə klubunda

20:22 - 25 Sentyabr 2022

2020-ci ilin yanvarından 2021-ci ilin iyununadək "Qarabağ" klubunun akademiyasının koordinatoru Tacettin Doğanın köməkçisi olmuş Önder Karaveli özünə yeni komanda tapıb.

Sportal.az xəbər verir ki, bir müddət əvvəl “Beşiktaş”da baş məşqçi fəaliyyətini yerinə yetirmiş Karaveli Türkiyə 1-ci liqasında çalışacaq. O, bu liqada yarışan “Adanaspor”la anlaşıb.

47 yaşlı mütəxəssis mövsümün sonuna qədər Adana təmsilçisinə rəhbərlik edəcək.

​Karaveli Ağdam klubundan ayrıldıqdan sonra “Beşiktaş”ın akademiyasında çalışıb. "Qara qartallar"ın U-19 komandasına rəhbərlik edən baş məşqçi Sergen Yalçının istefasından sonra əsas komandaya dəvət edilmiş.

Xəbər xətti