"Futbol tarixinin ən güclü futbolçusu Messidi"

19:18 - 25 Sentyabr 2022

Argentina millisinin veteran futbolçusu, hazırda “İnter”də vitse-prezident vəzifəsində çalışan Xavyer Zanetti “TMW”yə danışıb.
 

Sportal.az xəbər verir ki, argentinalı futbol tarixinin ən güclü oyunçusunun kim olması ilə bağlı fikirlərini bildirib. O, həmyerlisini hamıdan güclü olduğunu adlandırıb: “Dünya futbolunda əla oyunçular çox olub və indi də var. Amma tarixin ən güclü futbolçusunun adını soruşursunuzsa, məncə, bu, şübhəsiz ki, Lionel Messidi”.

​49 yaşlı futbol adamı 1995-2014-cü illərdə “İnter” və 1994-2011-ci illərdə Argentina yığmasında çıxış edib. 

 

Xəbər xətti