"Mançester Yunayted"dən "Qalatasaray"a

10:31 - 27 Sentyabr 2022

"Qalatasaray" qışda "Mançester Yunayted"in futbolçusu Viktor Lindelöfü icarəyə götürəcək.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Viktor Nelssonu "Sevilya"ya satacağı təqdirdə, Lindelöfü komandaya gətirəcək.

İsveç millisinin üzvü “Vasteras”, “Benfika”da oynadıqdan sonra 2017-ci ildə “Mançester Yunayted”ə keçib.

"Sevilya" isə Nelssonu hələ yayda heyətinə cəlb etmək istəyirdi. Lakin ispanlar Türkiyə klubunun istədiyi məbləği ödəmək istəməmişdi.

Xəbər xətti