Monteneqro millisi Millətlər Liqasının B3 qrupunda sonuncu oyununa çıxıb.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın iki futbolçusu Marko Veşoviç və Marko Yankoviç də Finlandiyaya qarşı keçirilən görüşdə meydana çıxıb.
Monteneqro evdə rəqibinə 0:2 uduzub. "Qarabağ"ın hər iki üzvü meydana start heyətində çıxıb və sona qədər də oynayıb.
Onların millisi 7 xalla qrupda 3-cü olub.
