"Neftçi"nin baş məşqçisi Rumıniya millisini çalışdıracaq?

11:58 - 27 Sentyabr 2022

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniya millisinin baş məşqçisi postuna mümkün namizədlərdən biri kimi göstərilib.

Sportal.az Rumıniyanın “ProSport” portalına istinadən xəbər verir ki, Millətlər Liqasının B3 qrupunda milli komandanın uğursuz çıxışından sonra federasiyanın prezidenti Razvan Burleanu Edvard Yordaneskunu baş məşqçi postundan azad etməyi planlaşdırır. da daxil olmaqla, Beş namizədin arasında Regekampf dı var.

Rumıniyalı həmkarlarımız məsələ haqda bu cür yazıb: “Federasiya prezidentinin siyahısında gözlənilməz ad - Laurentsiu Regekampf da var. Hazırda 47 yaşlı mütəxəssis 2024-cü ilin yayına kimi müqaviləsi olan Azərbaycan "Neftçi"sini çalışdırır”.

“Rege” “Styaua” ilə ölkə çempionluğu və Rumıniya Superkubokunu, həmçinin Liqa Kubokunu qazanmağı bacarıb. O, həmçinin “Əl-Hilal”, “Əl-Əhli”, “Əl-Vasl” və “Universitatyu” (Krayova) klublarını çalışdırıb”.

Mirbağırağa

Xəbər xətti