"Milan" "Atalanta"nın qapıçısı Marko Sportyellonu transfer etmək istəyir.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, "rossonyerlər" Berqamo təmsilçisinin qapıçısı üçün danışıqlara başlayıb.
30 yaşlı qapıçının "Atalanta" ilə müqavilə 2023-cü ilin yanvarında başa çatacaq. "Milan" isə Sportyellonu yayda heyətinə qatmaq niyyətindədi.
“Serenyo”, “Poqqibonsi”, “Karpi” klublarında oynamış 30 yaşlı kipper 2013-cü ildən “Atalanta”da çıxış edir.
