İtaliya millisinin və "Yuventus"un futbolçusu Federiko Kyezanın meydanlara qayıdacağı tarix dəqiqləşib.
Sportal.az "Gazzetta dello Sport"a istinadən xəbər verir ki, yarımmüdafiəçi gələcək həftə kollektivlə məşqlərini bərpa edəcək.
Futbolçunun hətta oktyabrın 25-də Çempionlar Liqasının "Benfika" ilə səfər förüşündə də meydana çıxa biləcəyi gözlənilir.
Kyeza bu ilin yanvarında zədələnmiş və əməliyyat edilmişdi.
